Bakı. Trend:
Nobel Fondu bütün kateqoriyalar üzrə Nobel mükafatının məbləğini ötən illə müqayisədə bir milyon İsveç kronu (təxminən 90 min dollar) artıracaq.
Trend xəbər verir ki, 2022-ci ilin sonunda Nobel Fondunun sərmayə kapitalının bazar dəyəri 5,8 milyard krondan (təxminən 519 milyon dollar) bir qədər az olub.
Qeyd edək ki, builki qaliblər 2-9 oktyabr aralığında elan olunmağa başlayacaq.