...

İsveçin NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur – Viktor Orban

Dünya xəbərləri Materials 26 Sentyabr 2023 08:32 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur.

Trend-in məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

"İsveçin təhlükəsizliyini təhdid edən heç bir vəziyyət yoxdur. Buna görə də NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur", - deyə Orban bildirib.

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto iyunun 14-də bəyan edib ki, Macarıstan hökuməti İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir, lakin Stokholm hökumətinin ölkəsinə etdiyi “təhqirləri” nəzərə alaraq yekun qərar parlamentə məxsusdur.

“Bu cür tənqidlər İsveçin NATO üzvlüyünü təsdiqləməmək üçün əsaslı səbəbdir”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, Budapeşt hökuməti iyunun 28-də İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi sessiyasının payıza qədər təxirə salındığını elan edib.

Macarıstanda müxalifət iyulun 31-də İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün növbədənkənar parlament iclasına başlayıb.

Hakim partiyanın deputatlarının boykot etdikləri sessiyaya gəlməməsi səbəbindən kifayət qədər səs çoxluğu əldə olunmadığından səsvermə keçirilə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti