Bakı. Trend:
Yaponiya polisi süni intellektə (AI) əsaslanan sistem tətbiq edib ki, bu da onlara cinayətlərlə bağlı məlumat üçün internetdə avtomatik olaraq ətraflı axtarış aparmağa imkan verir.
Trend xəbər verir ki, əvvəllər Yaponiya polisi yalnız “silah” və “partlayıcı” kimi şübhəli açar sözlər üçün axtarışlardan istifadə edirdi. Yeni sistem qanunsuz fəaliyyətin təfərrüatlarını axtararaq onlardan istifadə kontekstini araşdırmağa imkan verir.
Ehtimal olunur ki, süni intellektin tətbiqi cinayətlərə hazırlıq əlamətlərinin aşkarlanmasını da sürətləndirəcək və bu da öz növbəsində cinayətkarlarla mübarizədə polisin effektivliyini artıracaq.
Bundan əvvəl Yaponiya Polis Departamenti 2022-ci ildə ölkədə törədilən kibercinayətlərin sayının rekord həddə - 12369-a çatdığını bildirmişdi.