...

“Togg” C seqmentinin yeni sərnişin modeli bu tarixdə istifadəyə veriləcək

Dünya xəbərləri Materials 5 Oktyabr 2023 16:15 (UTC +04:00)
“Togg” C seqmentinin yeni sərnişin modeli bu tarixdə istifadəyə veriləcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Togg”un hazırkı modeli T10X SUV seqmentindədir.

Trend-in məlumatına görə, şirkətin baş direktoru Gürcan Karakaş verdiyi açıqlamada yeni C seqmentli avtomobil üzərində çalışdıqlarını bildirib.

G.Karakaş bu açıqlamanı jurnalistlərə “Togg”un Gemlik fabrikini gəzdirərkən deyib. Şirkət dizaynı 2024-cü ilin sonuna qədər tamamlamağı planlaşdırdıqlarını və avtomobili 2025-ci ildə yola hazır etməyi hədəflədiklərini açıqlayıb.

G.Karakaşın sözlərinə görə, minik avtomobillərində küləyin müqaviməti və gənclərin üstünlükləri nəzərə alınaraq coupe üslubu qəbul edilib və coupe-sedan və ya coupe-cross xətləri ola biləcək yeni model üzərində çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti