Bakı. Trend:
Yeni Zelandiyanın Kvinstaun şəhərinin hava limanında partlayıcı qurğuya bənzər obyektin aşkarlanmasından sonra evakuasiya elan edib.
Trend-in məlumatına görə, bu barədə Yeni Zelandiyanın polis idarəsindən bildirilib.
Məlumata əsasən, polis əməkdaşları hava limanına yerli vaxtla saat 08:40 radələrində "partlayıcı qurğu olduğu ehtimal edilən" obyektin tapılması xəbərindən sonra gəliblər.
"Hava limanının terminalı boşaldılıb. Yeni Zelandiya Müdafiə Nazirliyinin istehkamçı bölməsi partlayıcı obyektin yoxlanılması və zərərsizləşdirilməsi üzərində işləyir", - deyə qeyd olunub.