Bakı. Trend:
Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda Qəzza zolağında fələstinlilərə humanitar yardım üçün 100 milyon dollar ayırmağa qərar verib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın baş katibi Casim Məhəmməd əl-Budaivi deyib.
"Nazirlər Şurası Qəzza zolağında fələstinlilərə təcili humanitar yardımın göstərilməsi əməliyyatını gücləndirmək əzmində olduğunu təsdiqləyib. Bununla bağlı 100 milyon ABŞ dolları məbləğində təcili humanitar yardımın göstərilməsi barədə qərar qəbul edilib", - deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.