Bakı. Trend:
Çin əcnəbi kosmonavtları öz kosmik missiyalarına cəlb etməyə və onları öz kosmik stansiyasında yerləşdirməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çinin Pilotlu Kosmik Uçuş Proqramı İdarəsinə (CMSA) istinadən məlumat yayıb.
"Kosmik məkanın mənimsənilməsi ilə məşğul olan bütün ölkə və regionları Çinlə əməkdaşlığa dəvət edirik və orbit stansiyamızdakı missiyalarda onların iştirakından məmnun olarıq", - CMSA-nın direktor müavini Lin Syan deyib.
Məlumatda əcnəbi kosmonavtların Ayın səthinə eniş üzrə milli missiyalarda iştirakı təşviq edilib.
"Stansiyadan dinc istifadə, bərabərlik, qarşılıqlı fayda və ümumi inkişaf qarşılığında beynəlxalq əməkdaşlıq və mübadiləni davam etdirməyə hazırıq", - Lin Syan deyib.
Əcnəbi kosmonavtlarla əməkdaşlıq kosmosa birgə uçuşlar, Yerin orbitinə yüklərin göndərilməsi üçün tədqiqat və təcrübələrin keçirilməsi, habelə gənclərin aerokosmik elmlər üzrə təhsil almasını nəzərdə tutur.