...

İsrail Qəzzadakı xəstəxananı boşaltmaq üçün vaxt verdi

Dünya xəbərləri Materials 18 Noyabr 2023 11:58 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı "Əş-Şifa" xəstəxanasını boşaltmaq üçün bir saat vaxt verib.

Trend xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, personal, xəstələr və xəstəxanaya sığınmış məcburi köçkünlər 1 saat ərzində xəstəxananı boşaltmalıdır.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbər lenti

Xəbər lenti