...

Keçmiş separatçı rejim rəhbəri Ermənistan parlamentində "dindirilməyə" gedib

Dünya xəbərləri Materials 24 Noyabr 2023 13:03 (UTC +04:00)
Keçmiş separatçı rejim rəhbəri Ermənistan parlamentində "dindirilməyə" gedib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı keçmiş separatçı rejim rəhbəri Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitinin araşdırılması üzrə müvəqqəti komissiyasının iclasında "dindirilməyə" gedib.

Trend erməni KİV-inə istinadən xəbər verir ki, iclas bağlı qapılar arxasında keçirilir.

Qeyd edək ki, Ermənistan hökumətinin hazırki və keçmiş yüksək vəzifəli məmurlarının iştirak etdiyi komissiya iclasında ölkənin baş naziri Nikol Paşinyan da iki dəfə iştirak edib.

Bir qədər əvvəl Şahramanyanın Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitinin araşdırılması üzrə müvəqqəti komissiyasının rəhbəri Andranik Köçəryanın təklifini qəbul etdiyinə dair məlumat yayılıb.

Bundan əvvəl komissiyanın iclaslarında keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Ermənistan baş qərargahının keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan da iştirak edib. Bəzi keçmiş məmurlar, o cümlədən keçmiş xarici işlər naziri Vardan Oskanyan, baş qərargahın keçmiş rəisi Movses Akopyan, baş qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan isə komissiyanın suallarını cavablandırmaqdan imtina ediblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti