...

Papa Fransisk Yaxın Şərqdə sülhə nail olunmasının vacibliyini bildirib

Dünya xəbərləri Materials 18 Dekabr 2023 04:20 (UTC +04:00)
Papa Fransisk Yaxın Şərqdə sülhə nail olunmasının vacibliyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd edib.

Trend xəbər verir ki, pontifik insanları sülh üçün dua etməyə çağırıb.

“Ukraynada, Fələstində, İsraildə və digər münaqişə zonalarında müharibələrdən əziyyət çəkən qardaş və bacılarımızı unutmayaq. Milad bayramının yaxınlaşması sülhə gedən yolların axtarılması üçün səyləri gücləndirməyə səbəb olsun. Qəzzadan çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm. Silahsız mülki əhali bombalanır və güllələnir”, - deyə Roma Papası vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti