Bakı. Trend:
Argentinanın yeni prezidenti Xavyer Miley ölkədə iqtisadiyyat, səhiyyə və sosial sahədə fövqəladə vəziyyət elan edib.
Trend xəbər verir ki, bu barədə müvafiq sərəncam Argentina hökuməti tərəfindən dərc olunub.
Qeyd olunub ki, fövqəladə vəziyyətin elan olunması yeni prezidentə iqtisadiyyatın liberallaşdırılması və yenidən tənzimlənməsi üçün lazımdır. Sərəncam ümumilikdə 360 maddədən ibarətdir və bunların mühüm hissəsi mövcud qanunların ləğvini və ya onlara dəyişiklik olunmasını nəzərdə tutur. Fövqəladə vəziyyətin 31 dekabr 2025-ci il tarixinədək davam edəcəyi qeyd olunub.
Sərəncam dərc olunduğu vaxtdan hüquqi qüvvəyə minir və baxılması üçün Konqressə təqdim olunacaq.