...

Rusiya və Hindistan XİN rəhbərləri görüşdə bu məsələləri müzakirə edib

Dünya xəbərləri Materials 27 Dekabr 2023 16:30 (UTC +04:00)
Rusiya və Hindistan XİN rəhbərləri görüşdə bu məsələləri müzakirə edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla Ukrayna və Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar danışıqların yekunları üzrə mətbuat konfransında məlumat verib.

"Biz qlobal strateji vəziyyəti müzakirə etdik, Ukrayna, Qəzza, Hind-Sakit Okean Regionu, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və Əfqanıstan barədə danışdıq", - o deyib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla dekabrın 27-də Moskvada tam formatlı danışıqlar aparıb.

Qeyd edək ki, Subrahmanyam Cayşankar 25-29 dekabr tarixlərində Rusiyada səfərdədir. Səfər çərçivəsində Hindistanın XİN rəhbərinin həmçinin, Rusiya Federasiyası baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovla görüşəcəyi və iqtisadi tərəfdaşlıq məsələlərini həll edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti