...

ABŞ husilərin raket buraxılış məntəqəsini atəşə tutub

Dünya xəbərləri Materials 16 Yanvar 2024 23:27 (UTC +04:00)
ABŞ husilərin raket buraxılış məntəqəsini atəşə tutub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri ötən gün Yəmənin husi üsyançılarının dörd raket buraxılış məntəqəsini məhv etmək üçün dronlardan istifadə edib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən bildirib.

Məlumata əsasən, zərbələr husilərin bazar ertəsi Ədən körfəzində ABŞ-da yerləşən "Eagle Bulk Shipping" şirkətinə məxsus "Gibraltar Eagle" konteyner gəmisini raketlə vurmasından sonra endirilib.

Lakin hökumət rəsmiləri ABŞ-ın cavab zərbələrinin nə dərəcədə uğurlu olduğunu dəqiqləşdirməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti