...

Niderland Kralı vergi ödəməmək hüququnu itirə bilər

Dünya xəbərləri Materials 18 Yanvar 2024 04:50 (UTC +04:00)
Niderland Kralı vergi ödəməmək hüququnu itirə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə Hollandiya partiyası kral Villem-Aleksandrın gəlir vergisindən azad olmaq hüququndan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.

Trend xəbər verir ki, bu barədə NL Times informasiya portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, təşəbbüs ilk dəfə parlamentin hər iki palatasında dəstək ala bilər.

Monarxın gəlir vergisindən azad edilməsi Hollandiyada konstitusiya ilə tənzimlənir. Ona düzəliş etmək üçün parlamentin aşağı və yuxarı palataları üzvlərinin üçdə ikisinin səsi tələb olunur.

Bildirilib ki, 2023-cü il noyabrın 22-də keçirilən seçkilərdən sonra parlamentdə 10 partiya və 150 ​​deputatdan 112-si daha əvvəl kralın vergi ödəməsinin lehinə çıxış edib. Yuxarı palatada bu siyasi qüvvələr 75 yerdən 50-nə sahibdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti