...

ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına hücum edilib

Dünya xəbərləri Materials 25 Yanvar 2024 00:38 (UTC +04:00)
ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına hücum edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“İraq İslami Müqaviməti” hərəkatı ABŞ-ın İraq və Suriyadakı üç hərbi bazasına hücumlar etdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə hərəkatın "Telegram" kanalında bildirilib.

Məlumata əsasən, hücumlar İraqın Ənbar vilayətindəki, eləcə də Ərbil beynəlxalq hava limanı ərazisi və Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı ərazisində yerləşdirilən bazalar istiqamətində həyata keçirilib.

Hazırda hücumların mümkün fəsadları barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti