...

Bayden və Ursula fon der Lyayen arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 1 Fevral 2024 23:15 (UTC +04:00)

Bakı. Trend:

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının ali icra orqanının başçısı sosial şəbəkədə bildirib.

“Ukraynaya 50 milyard avroluq maliyyə ianəsi razılaşmasından sonra ABŞ Prezidenti Co Baydenlə müsbət telefon danışığı olub. Razılaşdıq ki, Ukrayna öz tərəfdaşlarından geniş dəstək almağa davam etməlidir. Nə qədər lazımdırsa, biz birlikdə Ukraynanın yanında olacağıq”, – o qeyd edib.

Xəbər lenti

Xəbər lenti