...

Çilidə 40-dan çox insan meşə yanğınları nəticəsində ölüb

Dünya xəbərləri Materials 4 Fevral 2024 05:47 (UTC +04:00)
Çilidə 40-dan çox insan meşə yanğınları nəticəsində ölüb

Bakı. Trend:

Çilidə baş verən meşə yanğınları ilkin məlumatlara görə 46 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə Çili prezidenti Qabriel Boriç milli televiziyada vətəndaşlara müraciətində deyib.

O, yanğınların yayılması ilə mübarizə aparan xilasedicilərlə əməkdaşlığa çağırıb.

“Sizə təxliyə əmri verilsə, tərəddüd etmədən itaət edin”, - deyə o bildirib.

Prezident qeyd edib ki, “yanğınlar sürətlə yayılır və iqlim şəraiti: yüksək temperatur, güclü külək və aşağı rütubət onlara qarşı mübarizəni çətinləşdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti