...

“Oskar” mükafatları üçün qaydalar yenidən dəyişib

Dünya xəbərləri Materials 9 Fevral 2024 17:00 (UTC +04:00)
“Oskar” mükafatları üçün qaydalar yenidən dəyişib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Oskar” mükafatlandırması üçün daha bir kateqoriya əlavə edilib. Filmdə ən yaxşı aktyor seçiminə görə “kastinqdə nailiyyətlərə görə” mükafatı veriləcək.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, yenilik artıq Kino Sənəti və Elmləri Akademiyasının Rəhbərlər Şurası tərəfindən təsdiqlənib.

Kateqoriyanın ilk qalibi 2026-cı ildə - 98-ci “Oskar” mükafatı mərasimində veriləcək. Gələn il Kino Akademiyası filmlərin aktyor heyətini təhlil edəcək və ən yaxşılarını seçəcək. Akademiya sonuncu dəfə 2001-ci ildə yeni Oskar kateqoriyası (“ən yaxşı tammetrajlı cizgi filmi”) təsis etmişdi.

Xatırladaq ki, yanvarın sonunda Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası 2024-cü il “Oskar” mükafatına namizədlərin siyahısını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti