...

Türkiyədə torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edildi

Dünya xəbərləri Materials 17 Fevral 2024 16:21 (UTC +04:00)
Türkiyədə torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edilib.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi araşdırmadan sonra bu qərara gəlib.

Araşdırmalar zamanı sürüşmə baş verən ərazidə tapılan materialın Sabırlı çayına və karxana ərazisinə doğru axması mədənin ekoloji icazəsi və lisenziya şəhadətnaməsinin ləğv edilməsinə səbəb olub.

Qeyd edək ki, fevralın 13-də Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəni ərazisində torpaq sürüşməsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti