...

İranın eks-prezidenti səsvermədə iştirak edib

Dünya xəbərləri Materials 1 Mart 2024 13:40 (UTC +04:00)
İranın eks-prezidenti səsvermədə iştirak edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın eks-prezidenti Həsən Ruhani bu gün keçirilən 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisi seçkilərində iştirak edib.

Trend-in məlumatına görə, İranın sabiq prezidenti Tehranın 1-ci məntəqəsində orta məktəblərdən birində yaradılan seçki məntəqəsində səs verib.

Qeyd edək ki, İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilər yerli vaxtla saat 08:00-da başlanıb. Seçkilər 31 vilayətdə 1 218 seçki dairəsi, təxminən 59 min seçki məntəqəsində keçirilir.

Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.

İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.

Əlavə edək ki, Həsən Ruhani Ekspertlər Məclisinə namizədliyini irəli sürsə də, Konstitusiyaya Nəzarət Şurası onun namizədliyini təsdiqləməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti