...

İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub

Dünya xəbərləri Materials 2 Mart 2024 10:55 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda yanacaqdoldurma məntəqəsinə iki maskalı şəxs silahlı hücum edib.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, hücum edən şəxslərə müqavimət göstərən iki əməkdaş xəsarət alıb. Əməkdaşlardan biri başından zədələnib, digərinin isə ayağına atəş açılıb.

Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar, hazırda polis onları axtarır.

Xəbər lenti

Xəbər lenti