Bakı. Trend:
Litva silahlı qüvvələri üçün ABŞ-dan aldığı 35 "JLTV" (Joint Light Tactical Vehicle) çoxməqsədli zirehli maşın partiyası alıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
"Bu mobil zirehli texnikaların alınması ordumuzun modernləşdirilməsinin mühüm istiqamətlərindən biridir. Belə güclənmə potensial düşmənin qarşısının alınması səviyyəsini əhəmiyyətli dərəcədə artırır", - deyə müdafiə naziri Arvidas Anuşauskas bildirib.