...

Hindistanda avtobus qəzaya uğradı - 12 ölü

Dünya xəbərləri Materials 10 Aprel 2024 09:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun qəzaya uğraması nəticəsində özəl firmanın ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb.

Trend-in xəbərinə görə, bu barədə yerli administrasiyanın nümayəndəsi məlumat verib.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabildir.

Qəzanın səbəbi müəyyənləşdirilir. Yerli administrasiya hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti