...

Hindistan ekoloji fəlakətlə qarşı-qarşıya

Dünya xəbərləri Materials 22 Aprel 2024 11:02 (UTC +04:00)
Hindistan ekoloji fəlakətlə qarşı-qarşıya
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın paytaxtı Nyu-Dehlidə yerləşən Qazipur zibilxanasında yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.

Məlumata görə, yanğına səbəb zibilxanada yaranan qaz olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, ekoloqlar Hindistanın ən böyük zibilxanasında baş verən yanğının ekoloji fəlakətlə nəticələnəcəyini bildiriblər.

Hələ 2019-cu ildə hündürlüyü 65 metr olan Qazipur zibilxanasına hər gün 2 min tona yaxın tullantı atılır və hündürlüyü hər il orta hesabla 10 metr yüksəlir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti