...

Erməni kilsəsi ən böyük təsir agentidir - Paşinyan

Dünya xəbərləri Materials 22 May 2024 18:08 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Erməni kilsəsinin tarixən ən böyük təsir agenti olduğunu deyib.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Ermənistan parlamentində çıxışında bildirib.

"Erməni ruhaniləri tarixən Qeysəriyyəyə gedib xeyir-dua alır, geri qayıdanda isə təsir agentlərinə çevrilirdilər. Görünür, o zamandan bəri heç nə dəyişməyib. Lakin biz bu məsələni 2-3 aya həll edəcəyik", - Paşinyan qeyd edib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti