Bakı. Trend:
İsveç və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Trend xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Sazişə əsasən, 2024-2026-cı illər ərzində İsveç Ukraynaya 75 milyard İsveç kronu (təqribən 7 milyon avro) dəyərində hərbi yardım göstərəcək.
Qeyd olunub ki, sənədin qüvvədə olduğu on il ərzində yardımın məbləği artacaq.
Hərbi yardıma həmçinin, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, zirehli texnika, artilleriya, dəniz təhlükəsizliyinin gücləndirilməsi və ərazilərin minalardan təmizlənməsində köməklik göstərilməsi daxildir.