Bakı. Trend:
Ermənistanda İrəvan-Sevan yolunun 2-ci km-də yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində 7 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
"7 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan birinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İki nəfər reanimasiyadadır. Onların vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Dörd nəfərin vəziyyəti stabil ağırdır", - deyə nazirlik qeyd edib.