...

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

Dünya xəbərləri Materials 28 İyun 2024 13:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyada sərnişin avtobusunun qatarla toqquşması nəticəsində ən azı yeddi nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Slovakiyanın Təcili Tibbi Yardım Mərkəzi məlumat yayıb.

İyunun 28-də Praqadan Budapeştə gedən qatar Slovakiyanın cənub-qərbində yerləşən Nove-Zamki şəhəri yaxınlığında avtobusla toqquşub. Ölənlərin hamısının avtobusun sərnişinləri olduğu bildirilir.

Macarıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, qəza zamanı ölkə vətəndaşları arasında xəsarət alan olmayıb və kömək üçün konsulluğa heç bir müraciət edilməyib.

Xəbər lenti

Xəbər lenti