Bakı. Trend:
Böyük Britaniyanın müxalif Mühafizəkarlar Partiyasının yeni liderinin adı noyabrın 2-də açıqlanacaq.
Trend-in məlumatına görə, bu qərarı partiya liderinin seçilməsi prosedurunu müəyyən edən mühafizəkarların parlament “1922-ci il Komitəsi” elan edib.
Məlumata əsasən, namizədlərin irəli sürülməsi iyulun 24-də başlayacaq və parlamentin yay tətilinə çıxdığı iyulun 30-dək davam edəcək. Partiya sədri vəzifəsinə irəli sürülmək üçün namizədin deputat mandatı olan ən azı 10 həmkarının dəstəyini toplaması lazımdır.