...

David Tonoyan azadlığa buraxılacaq

Dünya xəbərləri Materials 15 Avqust 2024 18:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sərbəst buraxılacaq.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, sabiq nazir 3 il həbsdən sonra 15 milyon dram (37,5 min dollar) girov müqabilində sərbəst buraxılacaq.

Məhkəmə bu qərarı bir neçə dəqiqə əvvəl verib.

Qeyd edək ki, David Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur və 2021-ci ilin sentyabrında həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti