Bakı. Trend:
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsi İran xarici işlər naziri vəzifəsinə namizəd Abbas Araqçinin səlahiyyətini təsdiqləyib.
Bu barədə Trend İran KİV-ə istinadən xəbər verir.
İran parlamentinin deputatları Abbas Araqçiyə etimad səsi verdiyi halda, o İranın hazırkı hökumətinin xarici işlər naziri olacaq.
Qeyd edək ki, İranın yeni prezidenti Məsud Pezeşkian 11 avqustda təklif etdiyi nazirlərin adlarını etimad səsi qazanması üçün İran parlamentinə təqdim edib.