Bakı. Trend:
AEBA-nın baş direktoru Rafael Qrossi gələn həftə Rusiyanın Kursk Atom Elektrik Stansiyasına baş çəkməyi planlaşdırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti xəbər verib.
Məlumata əsasən, R.Qrossi obyektdə böhran vəziyyətlərinin riskini real hesab edir:
"Qrossi gələn həftə Kursk Atom Elektrik Stansiyasına baş çəkəcəyini və AES rəhbərləri ilə danışacağını və stansiyanın atəşə tutulması barədə məlumat toplayacağını bildirib. O, həmçinin AES-in xaricdən enerji təchizatı məsələsini və ona çıxış yollarını öyrənmək niyyətindədir".
R.Qrossi qeyd edib ki, o, nüvə stansiyasının atəşə tutulması halında zədələnə biləcəyini "çox ciddi" yanaşır.