Bakı. Trend:
Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqların Qahirədə keçirilən növbəti raundu nəticəsiz başa çatıb, lakin proses davam edəcək.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Qahirədəki danışıqlar “konstruktiv olub, yekun və işlək razılaşma əldə edilməsi ruhunda keçirilib və bütün tərəflər bu fikri bölüşüblər”.
Qeyd edilir ki, qalan məsələlərin və detalların nəzərdən keçirilməsi üçün proses işçi qruplar çərçivəsində yaxın günlərdə davam etdiriləcək.