...

Rusiyada xarici banklara filial açmağa icazə verən qanun qüvvəyə minib

Dünya xəbərləri Materials 1 Sentyabr 2024 06:59 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada xarici banklara filial açmağa icazə verən qanun sentyabrın 1-dən qüvvəyə minib.

Trend xəbər verir ki, indiyədək Rusiya Federasiyasında xarici kredit təşkilatlarının yalnız törəmə bankları və nümayəndəlikləri ola bilərdi. Yeni qanunvericilik normalarına əsasən, xarici bankın filialı hüquqi və fiziki şəxslərə bank xidmətləri göstərəcək.

Xarici bankların filiallarının fəaliyyətinə Rusiya Bankı nəzarət edəcək.

Xəbər lenti

Xəbər lenti