Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin ənənəvi dəyərlərini və milli mədəniyyətini müdafiə edəcəyini bəyan edib.
Trend xəbər verir ki, bu açıqlamanı dövlət başçısı prezident sarayı yaxınlığında minlərlə insanın qatıldığı mitinqdə səsləndirib.
“Ailə dəyərlərini məhv etmək istəyən imperiya və ifrat sağçıların mənəvi və mədəni tənəzzülünə qarşı ən yaxşı peyvənd, mədəniyyətimizi və ənənəvi dəyərlərimizi qorumaq və yaşatmaqdır,” – deyə Maduro vurğulayıb.
O, həmçinin imperiya və faşizmin ailə institutu və mədəni dəyərləri sıradan çıxarmağa çalışdığını bildirib: “Biz deyirik: Milad və həyata bəli!”.