Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp aktyorlar Con Voyt, Silvester Stallone və Mel Qibsonu onun Hollivuddaki xüsusi elçi vəzifəsinə təyin edib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Onlar mənim xüsusi nümayəndələrim olaraq son 4 ildə biznesinin böyük hissəsini xarici ölkələrə uduzan Hollivudun daha böyük, daha yaxşı və güclü olması üçün çalışacaqlar", - deyə o bildirib.
Trampın sözlərinə görə, adı çəkilən aktyorlar film və televiziya istehsalının mərkəzində onun "gözləri və qulaqları" olacaqlar. ABŞ-nin yeni seçilmiş prezidenti həmçinin əmin olduğunu bildirib ki, onun hakimiyyəti dövründə “Hollivudun qızıl dövrü” yenidən qayıdacaq.