Bakı.Trend:
Amerikalı milyarder, ABŞ Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask “Oskar” mükafatlandırma mərasimində tam özbaşınalığın hökm sürdüyünü bildirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir, o, bu barədə öz “X” sosial şəbəkə hesabında yazıb.
Məlumata görə, istifadəçilərdən birinin Amerika Kinoakademiyasının mükafatlandırma mərasimində inklüziya və müxtəlifliklə bağlı sərt qaydaların tətbiq olunması ilə bağlı iddiasına cavab yazan Mask bunu hərcmərclik kimi qiymətləndirib.
“Bu tam hərcmərclikdir. “Oskar” mərasimində ən yaxşı filmlər mükafat almalıdırlar, ən yaxşı ulduzu olan filmlər yox”, - İlon bildirib.
İddiaya görə, “ən yaxşı film” kateqoriyasında nominantların aktyor seçiminə xüsusi diqqət yetirilir. Məsələn, ən yaxşı film mükafatı uğrunda mübarizə aparmaq üçün həmin filmin kastinqinin azı 30 faizini irqi, milli, gender azlıqları və fiziki məhdudiyyətli insanlar təşkil etməlidir.