...

Trampın xüsusi nümayəndəsi Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 13 Mart 2025 01:24 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof bu həftə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək.

Trend xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit “Fox News”a açıqlaması zamanı deyib.

"Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkof rusları bu danışıqların bir hissəsi olmağa çağırmaq üçün bu həftə Moskvaya səfər edəcək və ümid edirik ki, onlar razılaşacaqlar", - o bildirib.

Xəbər lenti

Xəbər lenti