Bakı. Trend:
Berlində sağçı radikalların yürüşü və əks etirazlar zamanı azı 50 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə “Bild” qəzeti paytaxt polisinin nümayəndəsinə istinadən xəbər verib.
Radikallar saat 13:00 radələrində Ostkreuz qatar stansiyası yaxınlığındakı Fridrixşayn rayonunda toplaşıblar. Onlar oradan solçu qrupların qalası sayılan Riqaer Ştrassına yürüş etməyi planlaşdırıblar.
Lakin əks nümayişlərə görə sağçılar yalnız bir neçə saat sonra, saat 16:00 radələrində hərəkətə başlayıblar. Ümumilikdə, yürüşə qarşı təxminən 15 nümayiş keçirilib, yüzlərlə iştirakçı onun marşrutu boyunca küçələri bağlayıb, oturaq etiraz aksiyası keçirib. Ümumilikdə, polisin hesablamalarına görə, təxminən 3 min adam sağçılara qarşı çıxış edib.