...

Tərəflər Ukraynada atəşkəsə yaxındırlar - ABŞ Dövlət Departamenti

Dünya xəbərləri Materials 25 Mart 2025 00:02 (UTC +04:00)
Tərəflər Ukraynada atəşkəsə yaxındırlar - ABŞ Dövlət Departamenti

Bakı. Trend:

Tərəflər Ukraynada, o cümlədən Qara dənizdə atəşkəsə yaxındırlar və bundan sonra münaqişənin həlli ilə bağlı gələcək məsələlərin müzakirəsinə başlaya biləcəklər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tammi Bryus deyib.

"Biz buna yaxınıq, heç vaxt tam atəşkəsə indiki qədər yaxın olmamışıq", - deyə o bildirib.

O əlavə edib ki, ABŞ Qara dənizdə atəşkəs də daxil olmaqla Rusiya və Ukrayna ilə birgə işləyir.

Onun sözlərinə görə, bundan sonra tərəflər gələcək məsələləri müzakirə etməyə başlaya biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti