Bakı. Trend:
ABŞ-nin Texas ştatının Ostin şəhərinin polis departamenti İlon Maska məxsus "Tesla" şirkətinin diler mərkəzində bir neçə partlayıcı qurğunun aşkar edildiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə "ABC News" televiziya kanalı xəbər verib.
Polis martın 24-də səhər saatlarında "şübhəli qurğular" tapdıqlarını və sonra istehkamçıların onların partlayıcı olduğunu müəyyən edərək onları zərərsizləşdirdiyini bildirib. Heç kim xəsarət almayıb, araşdırmalar davam edir.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) daha sonra "Tesla"nı hədəf alan insidentlərlə mübarizə aparmaq üçün işçi qrupunun yaradıldığını elan etdi.