...

Türkiyənin bu vilayətində 41 nəfər qanunsuz miqrant saxlanılıb

Dünya xəbərləri Materials 26 Mart 2025 18:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Çanaqqala vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 41 nəfər saxlanılıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizində, Çanaqqalanın Ayvacık rayonunun ərazi sularında aşkarlanıblar.

Məlumata görə, rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd göstərən bu şəxslərdən 20-si azyaşlıdır.

Qeyd edilir ki, Əfqanıstan və İran vətəndaşları olduqları müəyyən edilən şəxslər aidiyyəti qurumlara təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti