Bakı. Trend:
Rusiyanın Qroznı, Volqoqrad və Vladiqafqaz hava limanlarında hava gəmilərinin uçuşu və enişinə qoyulmuş məhdudiyyətlər ləğv olunub.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya”nın rəsmi nümayəndəsi Artyom Korenyako sosial şəbəkə hesabında yazıb.
O, müvəqqəti məhdudiyyətlərin mülki təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunduğunu bildirib.
Qeyd edək ki, ötən gecə Rusiyanın bir sıra aeroportlarında pilotsuz uçan aparat hücumu ilə əlaqədar “Xalça” planı tətbiq olunmuşdu.