...

ABŞ-də kiçik təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 13 Aprel 2025 08:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Nyu York ştatında göyərtəsində 6 nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ən azı bir nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, "Mitsubishi MU-2B" təyyarəsi Nyu-York ştatının paytaxtı Olbanidən təxminən 80 km cənubda yerləşən Kopake şəhəri yaxınlığındakı sahədə qəzaya uğrayıb.

Hadisənin səbəbi və ya gəmidə olan digər şəxslərin sağlamlıq durumu barədə hələlik məlumat yoxdur. Yerli hakimiyyət orqanları bildiriblər ki, qəzanın baş verdiyi ərazidəki sulu torpaq təyyarəyə girişi çətinləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti