...

“Google” delfinlərin dilini öyrənməyə çalışır

Dünya xəbərləri Materials 15 Aprel 2025 12:01 (UTC +04:00)
“Google” delfinlərin dilini öyrənməyə çalışır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Google” korporasiyasının mühəndisləri delfinlərlə ünsiyyət üçün süni intellekt (Sİ) yaradıb.

Trend xəbər verir ki, bu barədə korporasiyanın bloqunda deyilir.

Mütəxəssislər “Gemma”nın əvvəlki versiyası əsasında “DolphinGemma” böyük dil modelini ərsəyə gətiriblər. Onun köməyi ilə mühəndislər delfinlərin çıxardığı səsləri interpretasiya etməyi öyrənməyə, müəyyən ünsiyyət “şablonlarını” yadda saxlamağa və yaranacaq verilənlər bazası əsasında onlarla ünsiyyətə girməyə çalışır.

Sİ modelini delfinləri tədqiq edib Wild Dolphin Project (WDP) layihəsi ilə birgə işə salıblar.

“Google” ekspertləri Süni intellekt modelinin hazırlanmasında 1985-ci ildən bəri WDP tərəfindən yazılmış delfin səslərindən ibarət audiotekadan istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti