...

Berlinin mərkəzində naməlum silahlı şəxslər atəş açıblar

Dünya xəbərləri Materials 20 Aprel 2025 18:58 (UTC +04:00)
Berlinin mərkəzində naməlum silahlı şəxslər atəş açıblar

Bakı. Trend:

Bu gün səhər saatlarında naməlum silahlı şəxslər Berlinin mərkəzindəki "Hilton" otelinin qarşısında atəş açıb, ən azı bir nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.

"Oteldə atəş açıldığını təsdiqləyə bilərik. Bir nəfərin yaralandığı görünür. Hazırda hadisələrin gedişatı ilə bağlı araşdırma aparılır", - deyə Berlin polisindəki nəzarət mərkəzinin nümayəndəsi bildirib.

Məlumata əsasən, atışma yerli vaxtla saat 04:45-də baş verib. Polis iki şübhəli şəxs ilə bağlı axtarış elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti