...

Türkiyədə irimiqyaslı əməliyyat - 600-ə yaxın şübhəli saxlanılıb

Dünya xəbərləri Materials 21 Aprel 2025 10:28 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə mərkəzi Ankara olmaqla, 14 vilayətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı irimiqyaslı xüsusi əməliyyat keçirilib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə DİN istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində ümumilikdə 566 nəfər şübhəli şəxs qismində saxlanılıb. 26 nəfər yazılı iltizamnamənin alınmasından sonra şərti olaraq azadlığa buraxılıb.

Araşdırmanın baş prokurorluğun nəzarəti altında ciddi şəkildə davam etdirildiyi və nəticələri barədə ictimaiyyətin əlavə məlumatlandırılacağı qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti