Bakı. Trend:
Cənubi Koreya silahlı qüvvələrinin artilleriya bölmələri iki Koreya dövləti sərhədi yaxınlığında təlim-məşq atışları həyata keçiriblər.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən bildirib.
Məlumata əsasən, təlimlər bazar ertəsi Seuldan təxminən 30 km şimal-qərbdə İmjin sərhəd çayı ərazisində baş tutub.
Bildirilib ki. 12 K9A1 və altı K55A1 özüyeriyən haubitsadan istifadə edilib, bu artilleriya silahından 60-a yaxın mərmi atılıb.
Qeyd edək ki, 2024-cü ilin iyununda Cənubi Koreya Şimali Koreayanını sərhəd üzərindən kütləvi şəkildə zibil balonları atması səbəbindən gərginliyi azaltmaq üçün 2018-ci ildə Koreyalararası paktını dayandırdı.