Bakı. Trend:
Süni intellekt vasitəsilə yaradılan filmlər “Oskar” mükafatı ala biləcək.
Trend BBC-yə istinadən xəbər verir ki, ABŞ-nin Kino Sənəti və Elmləri Akademiyası süni intellekt və digər rəqəmsal alətlərdən istifadə ilə bağlı yeni qaydalar açıqlayıb.
Qaydalara əsasən, bu texnologiyaların istifadəsi filmin namizədlik qazanma ehtimalına nə müsbət, nə də mənfi təsir göstərəcək.
Mətn, təsvir, səs və videonu sadə sorğular əsasında yarada bilən generativ süni intellekt texnologiyası mart ayında kino sənayesinin yüksək mükafatlarını qazanan bəzi filmlərin hazırlanmasında istifadə olunmuşdu.
Lakin Akademiya qeyd edir ki, qaliblərin müəyyən olunmasında insan əməyinin iştirakı hələ də əsas meyar olaraq qalacaq.
Bazar ertəsi elan olunan digər dəyişikliklərə əsasən, Akademiyanın üzvləri hansısa kateqoriyada səsvermədə iştirak etmək üçün həmin kateqoriyadakı bütün namizəd filmləri izləməlidirlər. Bu səsvermənin yekun raundu qalibləri müəyyən edir.