Bakı.Trend:
Türkiyədə 2023-cü ildən bəri 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb.
Trend xəbər xəbər verir ki, bunu Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş bu gün Bakıda keçirilən Almatı Prosesinin III Nazirlər Konfransında deyib.
O bildirib ki, 261 min 701 qeyri-qanuni miqrant ölkədən deportasiya edilib.
"Son iki il ərzində Türkiyədə 118 min 552 miqrant dənizlərdə boğularaq ölməkdən xilas edilib", - deyə nazir müavini vurğulayıb.